Livanda qarşıdurma: ölənlər var

Livanda qarşıdurma:    ölənlər var
  01 Avqust 2021    Oxunub:984
Livanın paytaxtı Beyrutun Xalde rayonunda baş verən toqquşmalarda ən azı 4 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Qeyd olunub ki, Livan "Hizbullah" hərəkatının nümayəndələrindən birinin dəfn mərasimi zamanı hərəkatın üzvləri ilə ərəb qəbilələrinin silahlıları arasında qarşıdurma baş verib.
Toqquşmaları dayandırmaq üçün ordu qüvvələri cəlb edilib.

Azvision.az



Teqlər: Livan  





Xəbər lenti