"COVID-19" peyvəndlərinin qiyməti qalxdı

  01 Avqust 2021    Oxunub :595
"COVID-19" peyvəndlərinin qiyməti qalxdı
Avropa Birliyi ölkələrində satılacaq Pfizer/BioNTech və Modern vaksinlərinin qiyməti yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Nəşrin əldə etdiyi müqaviləyə əsasən, Pfizer peyvəndi qiyməti 15.5 avrodan 19.5 avroya, Modern peyvəndinin qiyməti isə 22.60 avrodan 25.5 avroya  yüksəlib.

Qeyd edək ki, dünyada koronavirusa qarşı vaksinasiyada 4 milyard 140 milyon doz peyvənd istifadə olunub. Çin 1 milyard 640 milyon doz peyvəndin vurulması ilə liderdir. Əhalisi ən çox vaksin vurulan ölkələr içərisində ikinci yerdə Hindistan (470 milyon  298 min doz), üçüncü yerdə ABŞ (345 milyon 640 min) gəlir.

Azvision.az

Teqlər: Vaksin  







Xəbər lenti