Bodrumda daha bir yanğın baş verib

Bodrumda daha bir yanğın baş verib
  31 İyul 2021    Oxunub:817
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşəlik ərazidə daha bir yanğın baş verib.
Azvision.az xəbər verir ki, yaşayış yerlərinə yaxın ərazidə başlayan yanğın qısa vaxtda sürətlə yayılıb. Yanğının baş verdiyi bölgədə partlayış səsləri eşidilib.

Hadisə ilə bağlı Bodrum Bələdiyyəsindən verilən açıqlamada yanğının söndürülməsi üçün havadan və qurudan yanğınsöndürmə işlərinin həyata keçirildiyi, bütün imkanların səfərbər edildiyi bildirilir. Əhaliyə mümkün qədər yollara çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Azvision.az



Teqlər: Yanğın  





Xəbər lenti