Qızıl və gümüş hasilatı artıb

Qızıl və gümüş hasilatı artıb
  31 İyul 2021    Oxunub:1692
Cari ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 16 faiz, gümüş hasilatında isə 9 faiz artım qeydə alınıb.
Azvision.az “AzerGold” QSC-yə istinadən verdiyi məlumata görə, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov bu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

“Bununla yanaşı, 25,4 min unsiya qızıl, 56,1 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsaitin həcmi 46,9 milyon ABŞ dolları (79,7 milyon manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6,8 faiz çoxdur”, - deyə Z.İbrahimov qeyd edib.

Azvision.az


Teqlər: Qızıl   Gümüş  





Xəbər lenti