Daha bir ekoloji fəlakət: Bir günə 8,5 milyard ton buz əridi

   Daha bir ekoloji fəlakət:   Bir günə 8,5 milyard ton buz əridi
  31 İyul 2021    Oxunub:1090
Çərşənbə günü Qrenlandiyada rekord dərəcədə istilik qeydə alınıb.
Azvision.az xəbər verir ki, "The Guardian" havanın temperaturunun + 19.8 dərəcəyə yüksəlməsinin bir sıra arzuolunmaz ekoloji proseslərə səbəb olduğunu yazıb. Beləcə bir günə 8,5 milyard ton buz örtüyü əriyib.

Bildirilir ki, 8,5 milyard ton həcmində olan buzun əriməsi kifayət edir ki, bütün Florida əyaləti 5 santimetrlik su altında qalsın. Təəssüf ki, məhv olan bu buz qatı okeana keçərək bütün dünyada suyun səviyyəsinin yüksəlməsinə səbəb olur.

"Son hadisə çox yüksək bir ərimə sürətidir. Bu ehtimal ki, Qrenlandiyanın görünüşünü dəyişəcək. İndiki proseslər gələcəkdə buzlaqların əriməsinin sürətlənməsinin və nəticədə dəniz səviyyəsinin yüksəlməsinin hərəkətverici qüvvəsi olacaq",- Kolumbiya Universitetinin buzlaqlar üzrə mütəxəssisi Marko Tedesko bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Qrenlandiya   Buz  





Xəbər lenti