"Ermənistan suverenliyini itirib"- Şarmazanov

   "Ermənistan suverenliyini itirib"-   Şarmazanov
  31 İyul 2021    Oxunub:1152
Ermənistanın eks-prezidenti Serj Sarkisyanın “Respublika” partiyasının mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov ölkənin gələcək taleyi və hazırkı ağır durumu haqqında danışıb. Azvision.az ​xəbər verir ki, yerli mediaya açıqlama verən erməni siyasətçi İrəvanın başsız qalmasından gileylənib, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı tənqid edib.
"Tam əminliklə deyirəm ki, Ermənistanda rəhbərlik yoxdur. Əgər bizim rəhbərliyimiz olsaydı, müharibə çox erkən bitər, məhbus problemi həll olunar, 11 yanvar protokolu isə tərtib edilməzdi. Biz suverenliyimizi itirmişik! Bir daha təəssüf hissi ilə deyirəm ki, bu gün qondarma hökumət milli problemləri həll etməyə qadir deyil və əslində heç nə etmir də",-Şarmazanov bildirib.

Polşa kanalının Qarabağ reportajı erməniləri məyus etdi
O qeyd edib ki, Ermənistan 9 noyabrdan sonra ancaq məğlub olur. Və nə qədər ki, bu ölkənin əsas kapitulyasiya simvolu öz kürsüsündə əyləşib, məğlub olmağa davam edəcək:

"İndiki hökumət Ermənistanın maraqlarına xidmət edə bilməz.
Qarabağın "status"u haqqında heç bir söz açılmırsa, bu delimitasiya və demarkasiya işlərinə niyə gedilir axı? Yəni bizim maraqlarımız təmin olunmur. Türklər görün nə istəyirlər, biz isə nələri edirik.
Bircə mənə deməyin ki, xalq ona səs verdi. Xalq elə öz əyalətlərini dağıdan Hitler və Mussoliniyə də səs vermişdi...".

Tural Tağıyev
Azvision.az



Teqlər:   Şarmazanov   Ermənistan   Məğlubiyyət  





Xəbər lenti