Türkiyədə yanğından zərər çəkmiş ərazilər fəlakət bölgəsi elan edilib - FOTO

  31 İyul 2021    Oxunub :851
Türkiyədə yanğından zərər çəkmiş ərazilər fəlakət bölgəsi elan edilib -    FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarından zərər çəkən əraziləri fəlakət bölgəsi elan edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə lideri Tvitterdə paylaşım edib.

- Millətimizin yaralarını sarımaq, dəymiş zərəri qarşılamaq, əvvəlkindən daha yaxşı imkanlar yaratmaq üçün bütün lazımi addımları atmağa davam edəcəyik, - Ərdoğan vurğulayıb.

Prezident paylaşımında yanğın bölgələri və fəlakət zonasını göstərən Türkiyə xəritəsi də daxil edilib.

Xəritəyə əsasən Antalyada - Manavqat, Akseki, Alanya, Gündoğmuş və Gazipaşa, Muğlada - Marmaris, Bodrum, Milas, Köyceğiz və Seydikemer, Mersində - Aydıncık və Silifke, Osmaniyədə - Mərkəzi və Kadirli, Adanada - Aladağ, İmamoğlu, Karaisalı və Kozan rayonlarında yanğından təsirlənən bütün məhəllələr fəlakət bölgələri elan edilib.


Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Yanğın  







Xəbər lenti