“Əsaslı şübhə” nədir? - Hüquqi maarifləndirmə

“Əsaslı şübhə” nədir? -    Hüquqi maarifləndirmə
  31 İyul 2021    Oxunub:1519
Avropa Məhkəməsinin presedent hüququna görə, həbs edilməyə səbəb olan şübhənin “əsaslığı” qanunsuz olaraq tutulub həbs edilməyə qarşı Avropa Konvensiyasının 5-ci maddəsinin 1 (c) bəndində müəyyən edilən təminatın mühüm hissəsini təşkil edir.
“Əsaslı” şübhə müvafiq şəxsin hüquq pozuntusu törətməsinə obyektiv müşahidəçini inandıran faktların və ya məlumatların olmasını nəzərdə tutur. Şübhənin “əsaslı” hesab edilməsi bütün hallar nəzərə alınmaqla müəyyən edilməlidir ("Mürrey Birləşmiş Krallığa qarşı" işi, § 51).
Beləliklə, azadlıqdan məhrum etmə hisslərə, instinktlərə, adi duyğulara və ya qərəzli (etnik, dini və ya hər hansı digər) mülahizələrə, onlar bu və ya digər şəxsin hüquq pozuntusunda iştirakına nə dərəcədə yəqinlikdə dəlalət etsələr belə, əsaslanmamalıdır.


Teqlər: Hüquqi-maarifləndirmə  





Xəbər lenti