Əfqanıstan ordusu Quzar rayonun "Taliban"dan aldı

Əfqanıstan ordusu Quzar rayonun "Taliban"dan aldı
  31 İyul 2021    Oxunub:1153
Əfqanıstan ordusu Herat əyalətinin Quzar rayonun “Taliban” yaraqlılarından geri alıb. Əməliyyat zamanı 100 -dən çox yaraqlı öldürülüb və ya yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi Tvitterdə məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat Əfqanıstan milli təhlükəsizlik qüvvələri, milislər və Hərbi Hava Qüvvələrinin dəstəyi iləhəyata keçirilib. Yaraqlıların çox sayda silah və sursatları da ələ keçirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Əməliyyat  





Xəbər lenti