"Virusun Çində hazırlanmasına dair dəlil yoxdur"- Ekspert

  "Virusun Çində hazırlanmasına dair dəlil yoxdur"-   Ekspert
  31 İyul 2021    Oxunub:906
"SARS-CoV-2-nin(COVİD-19) Çinin Uxan şəhərindəki laboratoriyadan sızmasına dair heç bir dəlil yoxdur. Bu ölkənin məlum məsələdə ittiham edilməsi isə siyasi məsələdir".
Azvision.az xəbər verir ki, bu barədə Cenevrə Universiteti Xəstəxanasının infeksiya xəstəlikləri şöbəsinin rəhbəri, əl üçün anti-septiklərin ixtiraçısı Didie Pitke bildirib.

Onun sözlərinə görə, fakt olmadıqca hansısa ittihama inanmaq doğru deyil.

"Həqiqətən də bu və ya digər virusların laboratoriyalarda yaradılmasına dair heç bir sübutumuz yoxdur. Bu məsələ çox müzakirə edildi. Xüsusilə də ona görə müzakirələrə çıxarıldı ki, ilkin proseslər Çində baş verdi. Ancaq həmişə bunu deməyi unudurlar ki, laboratoriyadan ilk dəfə dağıdıcı bakteriyaların sızması halı ABŞ -da baş verib. Özü də bu son dərəcə yüksək təhlükəsizlik səviyyəsinə malik bir laboratoriyada baş vermişdi. Beləliklə, görürsünüz ki, bu cür hallar mümkündür. Amma hazırda yeni virusla bağlı belə düşünmək üçün heç bir səbəb yoxdur"-isveçrəli mütəxəssis bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Virus   Çin  





Xəbər lenti