İnfeksionist: "İndi uşaqlar daha çox virusa yoluxurlar"

   İnfeksionist:   "İndi uşaqlar daha çox virusa yoluxurlar"
  31 İyul 2021    Oxunub:1016
Rusiya mediası koronavirusun artıq uşaqlar arasında da geniş şəkildə yayılması ilə bağlı həyəcan təbili çalıb.
Azvision.az -ın məlumatına görə, məşhur infeksionist Yevgeni Timakov yerli mediaya verdiyi açıqlamada bildirib ki, uşaqlar qışda olduğundan daha çox koronavirusa yoluxmağa başlayıblar. Rusiyalı həkimin sözlərinə valideynlər aktiv şəkildə vaksinasiyada iştirak etməlidirlər ki, övladlarını xəstəlikdən qoruya bilsinlər.

"Hazırda "Delta" ştammı həm gənclərə, həm də uşaqlara təsir edir. Uşaqlar qışa nisbətən daha çox xəstələnirlər. İndi koronavirus hər kəsə keçəcək. Uşaqlar isə buna qədər demək olar ki, heç vaxt xəstələnmirdilər", - Timakov bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Virus  





Xəbər lenti