Bakıda qəza tıxaca səbəb oldu

Bakıda qəza tıxaca səbəb oldu
  30 İyul 2021    Oxunub:1591
Paytaxtın Sabunçu rayonu ərazisində, Böyük Şor şosesində yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.

"Hazırda metronun "Koroğlu" stansiyasından Sabunçu yol qovşağı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlıq H.Əliyev prospektinin bu hissəsində baş verən yol nəqliyyat hadisəsi səbəbindən yaranıb", - deyə M.Ağayev "Facebook" səhifəsində yazıb.

Azvision.az



Teqlər:





Xəbər lenti