Ukrayna təyyarələri Türkiyədə - FOTOLAR

   Ukrayna təyyarələri Türkiyədə -   FOTOLAR
  30 İyul 2021    Oxunub:1879
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yanğınsöndürən təyyarələri Türkiyəyə gəlib.
Azvision.az xəbər verir ki, bu barədə dövlət xidmətinin saytında məlumat yerləşdirilib.

Kiyevdən Ankaraya dost yardımı: Ukrayna yanğınsöndürən təyyarələr göndərdi
"Ukrayna türk yanğınsöndürənlərinə kömək etmək üçün "An-32P" yanğınsöndürmə təyyarələrinin iki heyətini göndərdi. Bunlar dağlıq ərazilərdə artıq təcrübəsi olan və əvvəllər Monteneqro, İsrail və Gürcüstanda geniş miqyaslı yanğınların söndürülməsində iştirak etmiş təcrübəli mütəxəssislərdir. Saat 15: 08 -də Odessadan havaya qalxan təyyarələr saat 17: 53 -də "Qazipasha Alaniya" hava limanına enib",-məlumatda deyilir.



Qeyd edək ki, alovun yayıldığı ərazinin ümumi sahəsi 1500 hektardan çoxdur. Yanğınlar nəticəsində 4 nəfər ölüb, 183 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Onlardan 58 nəfər xəstəxanaya yerləşdirilib, 100 -dən çox ev və tikililiyə ziyan dəyib. Xilasetmə xidmətləri 36 meşə yanğınını nəzarət altına alıb, 20 yanğının söndürülməsi isə davam edir.







Tural Tağıyev
Azvision.az



Teqlər:   Ukrayna   Türkiyə   Yanğın  





Xəbər lenti