* Türkiyə canımızdır. Canımız yanır.
"Çatma, qurban olayım, çöhrəni, ey nazlı hilal!!!"

* Darmadağın olmuş ordunu güclü ordunun, şil-küt edilmiş çaqqalı Asalanın qarşısında meydan sulamağa nə, daha doğrusu, kim vadar edə bilər?


* Ermənistan kimə arxayın olub, sülh müqaviləsini imzalamaqdan imtina edir? Cavab aşağıdakı şəkillərdən və bu yazılardan aydın olacaq:
Erməni beynini dumanlandıran Fransız konyakı: Ayılmaq vaxtıdır – TƏHLİL
Emmakol Makinyan. Paşinyan-Makron simbiozunun əsas səbəbi – TƏHLİL


* ATƏT-in Minsk qrupunun bu həftə yenidən aktivləşməsi də erməni tərəfdə müəyyən ümidlər yaradıb. Səbəbini şəkildə görə, mümkün nəticəsini isə bu yazıda tapa bilərsiniz:
Həmnarahat həmsədrlər: 29 illik səhv davam edir

* Avropa Birliyinin ayırdığı 2,6 milyard avroluq maliyyə dəstəyindən sonra Ermənistan böyük məmnuniyyətlə yiyəsini dəyişməyə hazırdır, sadəcə, bunun özü üçün daha ağrısız yolunu axtarır:


* Amma zavallı erməni xalqı bilmir ki, həmin 2.6 milyard avronun ona olsa-olsa, sentləri çatacaq...



* 44 günlük müharibədəki real itkilərini gizlədən ermənilər hər həftə Qarabağda daha 1-2 cəsəd tapırlar. Bu gedişlə, 100 il sonra da həmin meyitlər, daha doğrusu, onların qalıqları bitməyəcək...

* Təəssüf ki, Azərbaycan tərəfdən Qarabağda ermənilərin basdırdığı minalara düşənlərin sayı getdikcə artır. Axı bu haqda yüzlərlə yazılar yazılır, maarifləndirmə aparılır, xəbərdarlıqlar edilir... Niyə insanlar hələ də əzrayılla çiling-ağac oynamağa davam edirlər?!

* Tokio Olimpiadasının Azərbaycan üçün uğurlu keçdiyini demək çətindir. Ümumiyyətlə, builki olimpiada xeyli maraqsızdır. Deyəsən, əsas qalib xeyli idmançıya yoluxmağı bacarmış COVİD-19 virusu olacaq.

* İrandakı quraqlıq ötən həftə ciddi etirazlara səbəb olmuşdu. Sonra gündəmdəki yerini Türkiyədəki yanğınlara verdi...

* İnsanın həyatının keyfiyyəti fikirlərinin keyfiyyətindən asılıdır. Fikirlərinin keyfiyyəti isə beyninin nə ilə qidalandırılmasından. Beyninizi təmiz "məhsullarla" (informasiyalarla) qidalandırın!
