Xaçmazdakı qətllə bağlı məlumat

  30 İyul 2021    Oxunub :412
Xaçmazdakı qətllə bağlı məlumat
Prokurorluq Xaçmaz rayonunda baş verən qətllə bağlı məlumat yayıb.
Xaçmaz rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, İyulun 30-u səhər saatlarında Xaçmaz rayon sakini Könul Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Mübariz Mirzəbəyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Könul Bayramovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mübariz Mirzəbəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.

Azvision.az

Teqlər: Qətl  







Xəbər lenti