AMB uçot dərəcəsini sabit saxlayıb

   AMB uçot dərəcəsini sabit saxlayıb
  30 İyul 2021    Oxunub:1107
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqda qərar qəbul edib.
Azvision.az -ın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Beləliklə, uçot dərəcəsi 6,25%-də, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb.

Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlarlar 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub. Qeyd edək ki, 29 oktyabr tarixində qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.

Azvision.az



Teqlər: AMB  





Xəbər lenti