Toylara görə 1 nəfər həbs edilib, 90 nəfər cərimələnib

   Toylara görə 1 nəfər həbs edilib, 90 nəfər cərimələnib
  30 İyul 2021    Oxunub:942
İyulun 29-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 276 toy şənliyinin monitorinqini həyata keçirib.
Bu barədə Azvision.az -a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Monitorinq 217 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 90 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 219 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Azvision.az


Teqlər: Toy  





Xəbər lenti