Azərbaycanın dəstəyi bizə güc verir - Çavuşoğlu

  30 İyul 2021    Oxunub :634
   Azərbaycanın dəstəyi bizə güc verir -  Çavuşoğlu
Can Azərbaycanın dəstəyi və qardaşlığı bizə güc verir.
Azvision.az - ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitterdə bildirib.

“Əziz Ceyhun qardaşım, (Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov – red.) həmrəylik və başsağlığı mesajına görə təşəkkür edirəm. Can Azərbaycanın dəstəyi və qardaşlığı bizə güc verir”, - nazir qeyd edib.

Xatırladaq ki, Türkiyənin bir sıra bölgələrində güclü meşə yanğınları başlayıb. Xarici işlər naziri Ceyhun Bayramov yanğın nəticəsində dünyasını dəyişənlərə bağlı həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.

"Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq və hər cür dəstək göstərməyə hazırıq", - Bayramov bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan   Türkiyə  






Xəbər lenti