"Münasibətlərimiz daha da inkişaf edəcək" - Sabiq səfir

"Münasibətlərimiz daha da inkişaf edəcək" -  Sabiq səfir
  29 İyul 2021    Oxunub:1198
Azərbaycanın İsraildə turizm və ticarət nümayəndəliyinin açılması ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində mühüm hadisələrdən biridir.
Azvision.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı sabiq səfiri Dan Stav (2015-2019-cu illər) Tvitterdə bildirib.

Sabiq diplomat bu tədbirlərin ölkələrimiz arasındakı ikitərəfli münasibətləri xüsusilə iqtisadiyyat, yüksək texnologiya, kənd təsərrüfatı, sağlamlıq və bir çox mülki sahələrdə daha da inkişaf etdirəcəyinə inamını vurğulayıb.

Xatırladaq ki, bu gün Təl-Əviv şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin açılış mərasimi olub. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov iştirak edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Azərbaycan   İsrail  





Xəbər lenti