Akop Aslanyan: "Ruslar heç vaxt ermənilərin dostu olmayıblar"

   Akop Aslanyan:    "Ruslar heç vaxt ermənilərin dostu olmayıblar"
  29 İyul 2021    Oxunub:1904
Azvision.az Erməistanın "Qraparak" nəşrinə istinadən xəbər verir ki, Ermənistanın hakim partiyasının deputatı Akop Aslanyan sensasion bəyanat yayıb. Aslanyan bildirib ki, Rusiya və Türkiyə Azərbaycan-Ermənistan sərhədində baş verənlərdə maraqlıdırlar.
"Rusiya hər vəchlə Ermənistana təzyiq göstərir. Çünki Moskva Zəngəzur dəhlizinin açılmasını istəyir. Kreml Ermənistanı Avropadan ayırmaq üçün əlindən gələni edir. Ankara və Moskva istəmirlər ki, Ermənistan İran, Hindistan və Çin beynəlxalq nəqliyyat dəhlizinin tranzit ölkəsi olsun. Buna görə də, Rusiya imperiya siyasətini davam etdirərək, Ermənistanı boğmağa çalışır. Ruslar heç vaxt ermənilərin dostu olmayıblar", - hakim partiyanın deputatı bildirib.

Xatırladırıq ki, Paşinyan hakimiyyəti özünün ikibaşlı və təhlükəli oyununu oynayır. Erməni hakimiyyəti bir tərəfdən Rusiyanı təriflıyir, gizlində isə Moskvanın maraqlarının altına "dinamit qoymaqda" davam edir.

Şahin Ömər
Azvision.az



Teqlər: Ermənistan   Akopyan  





Xəbər lenti