"İsraildə Azərbaycan bayrağı dalğalanacaq" - Səfir

 "İsraildə Azərbaycan bayrağı dalğalanacaq" -    Səfir
  29 İyul 2021    Oxunub:1036
Bu gün tarixi gündür. Ölkələrimiz arasında əlaqələr təxminən 30 il əvvəl qurulub, lakin Azərbaycanın İsraildə heç bir nümayəndəliyi yox idi. İndi bu dəyişdi. Bu gün Azərbaycan Təl-Əvivdə Ticarət Nümayəndəliyini açdı və ilk dəfə İsraildə Azərbaycan bayrağı dalğalanacaq.
Azvision.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik videomüraciətində deyib. Diplomat bildirib ki, nümayəndəliyin açılması ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, münasibətlərimizin daha güclü və daha çoxtərəfli olması üçün imkanlar yaradaca:

"İnanıram ki, bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində daha bir addımdır. Gələn il ölkələrimiz arasında diplomatik münasibərlərin və dostluğun 30 illiyini qeyd edəcəyik. İnşallah, biz bunu hamımız birlikdə, Azərbaycanda və İsraildə qeyd edəcəyik".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: israil   Azərbaycan  





Xəbər lenti