Bayden bu dəfə Obama ilə Trampı səhv saldı

Bayden bu dəfə Obama ilə Trampı səhv saldı
  29 İyul 2021    Oxunub:730
ABŞ Prezidenti Co Bayden Pensilvaniyadakı çıxışı zamanı sabiq həmkarları Barak Obama ilə Donald Trampı səhv salıb.
Azvision.az xəbər verir ki, tədbir “C-SPAN” telekanalı tərəfindən yayımlanıb.

2009 -cu ildə avtomobil sənayesi böhranı haqqında danışan Bayden, "o zaman prezident Tramp"ın problemi həll etməyi ona tapşırdığını söyləyib. Bu anlaşılmazlıqdan sonra Amerika lideri üzr istəyib və bunu "Freydsayağı yanılma" adlandırıb. Amerika lideri Obamanın prezidentliyi dövründə vitse-prezident olduğunu xatırladıb.

Barak Obama 2009-2017 -ci illərdə ABŞ-ın prezidenti olub, daha sonra isə Donald Tramp bu posta seçilib.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti çox vaxt bu cür hallara yol verir. Belə ki, o, vitse -prezident Kamala Harrisi prezident adlandırıb, Rusiya lideri Vladimir Putinin soyadını səhv tələffüz edib, "peyvənd" və "eskalasiya" sözlərini, eləcə də Suriyanı Liviya ilə, İraqı İranla qarışdırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Co-Bayden  





Xəbər lenti