Bağdadda ABŞ səfirliyinin yerləşdiyi rayona raket atılıb
Qeyd olunub ki, hücum “Katyuşa” MLRS -dən atılan iki raketin köməyi ilə həyata keçirilib. C-RAM hava hücumundan müdafiə sistemi raketləri kifayət qədər uzaqlaşdıra bilməyib, nəticədə Əl-Mansur bölgəsində avtomobil və evlərə ziyan dəyib.
Bağdadın "yaşıl zona"sı və hərbi hava limanına bitişik olan beynəlxalq hava limanı müntəzəm olaraq raket hücumlarına məruz qalır. Həmçinin, İraq ərazisindəki xarici hərbi bazalar da atəşə tutulur.
Pərvanə Sultanova
Azvision.az