Öldürülən prezidentin ailəsi ölkəni tərk edib

Öldürülən prezidentin ailəsi ölkəni tərk edib
  29 İyul 2021    Oxunub:1602
Sui -qəsd nəticəsində öldürülmüş Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin uşaqları ilə birlikdə ölkəni tərk edərək ABŞ -a gedib.
Azvision.az xəbər verir ki, “Haiti 24” portalı məlumat yayıb.

Qeyd olunub ki, keçmiş prezidentin ailəsi Florida ştatına uçub. Martin Moiz müalicəsini orada davam etdirəcək.

Haiti prezidenti Jovenel Moiz iyulun 7 -də gecə vaxtı iqamətgahına edilən hücumda öldürülüb. Həyat yoldaşı isə ağır yaralanıb və Mayamidə xəstəxanaya yerləşdirilib. Ölkənin hüquq -mühafizə orqanları 28 şübhəlinin şəxsiyyətinin müəyyən edildiyini, onlardan 26 nəfərin Kolumbiya vətəndaşı olduğunu bildirib. Şübhəıilərdən 27 nəfər həbs edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Haiti  





Xəbər lenti