İsrail YUNESKO-ya qayıtmağı planlayır

İsrail YUNESKO-ya qayıtmağı planlayır
  28 İyul 2021    Oxunub:754
İsrail hökuməti ölkəni yenidən YUNESKO-ya qaytarmaq imkanını nəzərdən keçirir.
Azvision.az xəbər verir ki, bu barədə "Axios" hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrə görə, bir neçə həftə əvvəl İsrailin xarici işlər naziri Yair Lapid departamentə bu məsələ ilə məşğul olmağı tapşırıb. Bildirilir ki, eyni zamanda Dünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder də Lapidə zəng edərək onu İsraili təşkilata bərpa etməyə çağırıb.

Xatırladaq ki, İsrail YUNESKO-ya üzv olmaqdan 2017-ci ildə imtina edib. Ölkə 1949-cu ildə təşkilata daxil olmuşdu.

Tural Tağıyev
Azvision.az



Teqlər: İsrail   YUNESKO  





Xəbər lenti