Fransanı "dördüncü dalğa" bürüyüb

Fransanı "dördüncü dalğa" bürüyüb
  28 İyul 2021    Oxunub:1063
Fransada sanitar vəziyyət pisləşməkdə davam edir. Ölkədə koronavirusa gündəlik yoluxma halları 19 mindən çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi Qabriel Attal deyib.

"Nazirlər Şurasında pisləşməkdə davam edən və narahatlıq doğuran sanitar vəziyyəti müzakirə etdik. Ötən gün ərzində koronavirusa təxminən 27 min yeni yoluxma aşkarlanıb. Fransada gündəlik yoluxma orta hesabla 19 mindən çox təşkil edir", - Attal bildirib.

Onun sözlərinə görə, koronavirus epidemiyasının dördüncü dalğası Fransanın bütün ərazisini əhatə edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Fransa  





Xəbər lenti