Putinin Obama və Buşla şəxsi əlaqəsi yoxdur - Kreml

Putinin Obama və Buşla şəxsi əlaqəsi yoxdur -    Kreml
  28 İyul 2021    Oxunub:1168
Rusiya Prezidenti Vladimir Putinin keçmiş amerikalı həmkarları Barak Obama və kiçik Corc Buşla şəxsi əlaqəsi yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml sözçüsü deyib ki, siyasətçilər arasında şəxsi əlaqələr mövcud deyil. Lakin ABŞ-ın keçmiş prezidentləri, xüsusən Obama ilə təmasların olmaması Moskvanın siyasətinə baxışla əlaqəli deyil.

"Obama ABŞ prezidenti olub, indi prezident deyil. Burada dərin fəlsəfi məna axtarmağa ehtiyac yoxdur", - Peskov vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti