Neft Fondu “AÇG”-dən 151,7 milyard dollar qazanıb

Neft Fondu “AÇG”-dən 151,7 milyard dollar qazanıb
  28 İyul 2021    Oxunub:1049
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində cari ilin yanvar-iyun aylarında 2 milyard 354,1 milyon ABŞ dolları gəlir əldə edib. 2001-ci ildən bu il iyulun 1-dək isə AÇG yatağı üzrə əldə edilən ümumi gəlirlər 151 milyard 759 milyon dollar olub.
Bu barədə Azvision.az -a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, Neft Fondunun 2020-ci ildə AÇG layihəsi üzrə gəliri 3 milyard 522,7 milyon dollar təşkil edib.

Azvision.az


Teqlər: AÇG  





Xəbər lenti