"Taliban" heyəti Çinin XİN rəhbəri ilə danışıqlar aparıb

  28 İyul 2021    Oxunub :420
"Taliban" heyəti Çinin XİN rəhbəri ilə danışıqlar aparıb
“Taliban"ın Qətərdəki siyasi ofisinin rəhbəri Molla Abdulla Qani Baradarın rəhbərlik etdiyi nümayəndə heyəti Çinə gedib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Zhao Lijian bildirib.

Onun sözlərinə görə, “Taliban” təmsilçisi XİN rəhbəri Vanq Yi ilə görüşüb.

"İyulun 28-də Çinin xarici işlər nazirinin Abdullah Qani Baradar ilə görüşü keçirilib”, -Lijian bildirib.
Məlumata görə, səfərdə məqsəd Əfqanıstandakı mövcud vəziyyəti və sülh prosesini müzakirə etməkdir.

Xatırladaq ki, bu, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmağa başlamasından sonra "Taliban" liderinin Çinə ilk səfəridir. Bundan əvvəl, Çin 2019-cu ildə "Taliban" heyətini qəbul edib. Həmin vaxt onlar Əfqanıstan üzrə xüsusi elçi Deng Xijunla görüşüblər.


Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çin   Taliban   Səfər  







Xəbər lenti