Məhkəmə Assanjı Ekvador vətəndaşlığından məhrum etdi
2018-ci ilin yanvarında Ekvador vətəndaşlığı alan Assanj, 26 iyulda məhkəmə qərarı ilə ondan məhrum edilib.
Ekvador XİN-in açıqlamasında məhkəmənin müstəqil hərəkət etdiyi və əvvəlki hökumətin qəbul etdiyi qərarı nəzərdən keçirərkən lazımi prosedurlara riayət etdiyi vurğulanıb.
Onun vəkili Karlos Poveda isə məhkəmə iclasında iştirak etmək imkanından məhrum edildiyindən Asanjın hüquqlarının pozulduğunu söyləyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Culian-Asanj