PUA hegemonluğu sona çatır: Avstraliyada dronları aşkarlayan cihaz yaradılıb

  28 İyul 2021    Oxunub :816
   PUA hegemonluğu sona çatır:   Avstraliyada dronları aşkarlayan cihaz yaradılıb
Avstraliya Silahlı Qüvvələri Pilotsuz Uçan Aparatları (PUA) aşkar edən cihaz hazırlayıb.
Azvision.az xəbər verir ki, "RFOne MKII" adlanan xüsusi aşkarlama sistemləri ilkin olaraq ASLAV yüngül zirehli maşınlarında yerləşdiriləcək.

Yeni dron qalmaqalı: Çin PUA-ları Pentaqonu təşvişə saldı
Artıq yerli şirkət olan "DroneShield" Ltd-nin (DSL) bir neçə "RFOne MKII"-ni ordunun arsenalına verdiyi bildirilir. Məsələ ilə bağlı Rusiya hərbi saytı yazır ki, bundan sonra PUA-lar rahat şəkildə aşkarlana biləcək.

"Yeni məhsul ordunun gələcək tələblərini və PUA-ya qarşı mübarizə variantlarını qiymətləndirməsinə imkan verəcək. Artıq "RFOne MKII" Avstraliyanın ASLAV yüngül zirehli maşınlarına yerləşdirilib. Şirkət sövdələşməyə "DroneSentry" (C2) idarəetmə sistemlərinin tədarükünün də daxil olduğunu qeyd edib. Eyni zamanda, DSL artıq Avstraliya Silahlı Qüvvələrinə portativ PUA olan "DroneGun" və "UAS RfPatrol" dronunun aşkarlanması üçün universal cihaz sistemləri də təqdim edib”,-məqalədə yazılıb.

Tural Tağıyev
Azvision.az

Teqlər:   PUA   Avstraliya  







Xəbər lenti