Livanda hökuməti milyarder formalaşdıracaq

Livanda hökuməti milyarder formalaşdıracaq
  27 İyul 2021    Oxunub:968
Livan prezident Mişel Aun və ölkə parlamenti milyarder və əvvəllər iki dəfə Nazirlər Kabinetinə rəhbərlik etmiş Nacib Mikatiyə hökuməti formalaşdırmaq səlahiyyəti veriblər.
Azvision.az xəbər verir ki, 67 yaşlı yeni Baş nazir kabineti formalaşdırmaq məqsədilə parlamentdə təmsil olunan siyasi partiyalarla danışıqlar aparacaq.

Nacib Mikati bəyan edib ki, Fransanın və Dünya Bankının Livanı dərin sosial-iqtisadi böhrandan çıxarmaq üçün irəli sürdükləri şərtləri yerinə yetirəcək.

Azvision.az


Teqlər: Livan  





Xəbər lenti