Şənliklərlə bağlı sorğu: Əksəriyyət toy təşkil etməyi düşünür

  Şənliklərlə bağlı sorğu:   Əksəriyyət toy təşkil etməyi düşünür
  27 İyul 2021    Oxunub:963
Media Təhlil Mərkəzi 12-16 iyul tarixlərində toylarla bağlı sorğu keçirib.
Azvision.az quruma istinadən xəbər verir ki, sorğuda iştirak edən 720 respondentin 53%-ni qadınlar, 47%-ni isə kişilər təşkil edib.

İlk sualın cavabında respondentlərin 42,5%-i toy və şənlik mərasimlərinə dəvət alacağı təqdirdə məmnuniyyətlə iştirak edəcəyini, 20,6%-i artıq iştirak etdiyini, 9,2%-i “COVID-19” pasportu olmadığı üçün iştirak edə bilməyəcəyini qeyd edib. Cavab verənlərin 7,6%-i “Maska taxmaq lazım olsa, iştirak etmərəm” deyib. Koronavirusa görə kütləvi mərasimlərə qatılmadığını qeyd edənlər respondentlərin 10,4%-ni, ümumiyyətlə, toy və şənlik mərasimlərinə getmədiyini deyənlər 9,7%-ni təşkil edib.

Respondentlərin 29,6%-i pandemiya tələblərinə uyğun olaraq özünə və yaxud ailə üzvlərinə toy və yaxud şənlik təşkil etməyi düşünür. Sorğu iştirakçılarının 8,2%-i “COVID-19” pasportu tələb olunduğu üçün şənlik mərasimi keçirmədiyini vurğulayıb.

Pandemiyanın bitməsini gözləyənlər respondentlərin 24,7%-ni, şənlik keçirdiyini deyənlər 7,5%-ni, dəqiq qərar vermədiyini bildirənlər 30%-ni əhatə edib.



Azvision.az



Teqlər: Toy   Pandemiya  





Xəbər lenti