"Bloomberg": ABŞ əfqanların evakuasiyası üçün milyard dollar xərcləyəcək

      "Bloomberg":   ABŞ əfqanların evakuasiyası üçün milyard dollar xərcləyəcək
  27 İyul 2021    Oxunub:1073
Ağ ev Konqresdən orduya kömək etmiş əfqanlara görə 1 milyard dollar ayırmasını xahiş edib.
Azvision.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb. Əfqanların ABŞ-a köçürülməsi üçün xərclənəcək milyard dolların Pentaqonla Dövlət Departamenti arasında bölünməsi planlaşdırılır. 25 milyon dollar qaçqınların yerləşdirilməsi üçün ABŞ Səhiyyə Nazirliyinin və Sosial Xidmətlərin ofisinə yönələcək. Vəsaitlər əfqanların müvəqqəti yerləşmə, köçürülməsi və digər ehtiyaclarını ödəməlidir.

Əfqanıstan ordusunun helikopteri vuruldu
"Bloomberg"ə bununla bağlı məlumat ötürən mənbəyə görə, sözügedən maliyyənin ayrılmasına həm demokratlar, həm də respublikaçılar dəstək verirlər.

Xatırladaq ki, Bayden bundan öncə ABŞ-ın keçmişdə amerikalılarla əməkdaşlıq etmiş minlərlə əfqan vətəndaşını evakuasiya edəcəyini açıqlamışdı. Ağ Evin sözçüsü Cen Psaki isə ABŞ qüvvələrinə kömək edən əfqanların təxliyyəsinin iyul ayının son həftəsində başlayacağını bəyan etmişdi.

Hazırda Pentaqon avqust ayının sonuna qədər bütün əsgərlərini Əfqanıstandan geri çəkmək niyyətindədir və yalnız ölkədə Kabildəki səfirliyi qorumaq üçün kiçik bir kontingent saxlanılacaq.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ağ-ev   Konqres   ABŞ   Əfqanıstan  





Xəbər lenti