Tərtərdə oğurluq edənlər saxlanılıblar

Tərtərdə oğurluq edənlər saxlanılıblar
  27 İyul 2021    Oxunub:1126
Tərtər rayonunun Hacıqərvənd kənd sakini Qurban Əliyev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus iribuynuzlu heyvanların oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Anar Məmmədov və Razi Aslanov polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları iribuynuzlu heyvanları dəyərindən ucuz qiymətə satdıqları aşkarlanıb. Polis əməkdaşları oğurlanmış mal-qaranın yerini müəyyənləşdirərək sahibinə təhvil veriblər.

Keçirilmiş digər bir əməliyyat tədbiri ilə Tərtər Subartezian İdarəsinə məxsus transformatorun sarğı hissəsini oğurlayan rayon sakini Rüstəm Fərəcov da yaxalanıb. Hər üç şəxs törətdiyi cinayət əməllərini etiraf ediblər.

Faktlarla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Oğurluq  





Xəbər lenti