Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılacaq

Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılacaq
  27 İyul 2021    Oxunub:818
Nizami ili çərçivəsində Ukraynanın Xarkov şəhərinin mərkəzi parklarının birində böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov məlumat verib. O qeyd edib ki, bu ilin may ayında məsələ ilə bağlı Xarkov şəhər Şurasına müraciət olunub.

"Müraciətə cavab olaraq, Xarkov Şəhər Administrasiyası ilə Azərbaycanın Ukraynadakı səfirliyi arasında imzalanan Əməkdaşlıq Memorandomunun müvafiq bəndində Nizami Gəncəvinin abidəsinin ucaldılması üçün yer ayrılması nəzərdə tutulur. Layihənin maliyyələşməsini Azərbaycan Respublikasının Xarkovdakı Konsulluğu həyata keçirəcək. Açılış mərasimi sentyabrın 1-i bilik günündə baş tutacaq",-deyə məlumatda bildirilir.

Azvision.az



Teqlər: Xarkov   Nizami-İli  





Xəbər lenti