Kubanın Fransadakı səfirliyinə hücum edilib

Kubanın Fransadakı səfirliyinə hücum edilib
  27 İyul 2021    Oxunub:738
Fransanın hüquq mühafizə orqanları naməlum şəxslər tərəfindən paytaxt Parisdəki Kuba səfirliyinə hücumu araşdırmağa başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

"Fransada binaya maddi ziyan vurulmasına səbəb olan, lakin insan itkisi və ya yaralanma ilə nəticələnməyən hərəkətləri törədən şəxslərin müəyyənləşdirilməsi üçün istintaq başladıldı. Hazırda səfirliyin təhlükəsizlik sistemi gücləndirilib. Fransa Kuba səfirliyinə edilən hücumu pisləyir”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, Kubanın Fransadakı səfirliyinə üç şüşə yandırıcı maye atılıb, bu da binanın fasadında və girişində yanğına səbəb olub. Kuba diplomatik nümayəndəliyinin açıqlamasında hadisə terror hücumu kimi qiymətləndirilib və bu cür hərəkətlərin ABŞ hökumətinin təbliğat kampaniyalarına xidmət etdiyi vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Kuba-səfirliyi   Hücum  





Xəbər lenti