"Erməni diversantlarla bağlı ədalətli hökm çıxarılıb" - Qazaxıstanlı politoloq

    "Erməni diversantlarla bağlı ədalətli hökm çıxarılıb" - Qazaxıstanlı politoloq
  27 İyul 2021    Oxunub:3338
"Erməni terrorçularının sərhəddə niyə bu qədər şiddətlə atəş açmaları tamamilə başadüşüləndir. Bunlar açıq-aşkar Paşinyana tabe olmayan revanşist qüvvələrdir. Hesab edirəm ki, bu, Azərbaycanın tutduğu təxribatçılar üçün təşkil etdiyi ədalətli məhkəməyə cavabdır. Onlar qanun çərçivəsində mühakimə olunurlar. Başqa ölkənin təhlükəsizliyini pozan hər kəs cəzalandırılmalıdır.
Bunu Azvision.az - a qazaxıstanlı politoloq Oljas Əmircanov Bakıda erməni təxribatçıların mühakimə olunmasını və bu iş üzrə çıxarılan hökmü şərh edərkən bildirib.

“Fikrimcə, tutulan erməni təxribatçılarla bağlı Bakıda baş verən proses və onlara çıxarılan hökm Qafqaz və Orta Asiya ölkələri üçün mühüm bir göstəricidir. Bütün bu ölkələr bu və ya digər dərəcədə hərbi qrupların ərazilərinə soxulmaq təhlükəsi altındadır. Dünyada bölgədə sabitliyi pozmaqda maraqlı olan qüvvələr var. Azərbaycanda müharibə bu yaxınlarda başa çatdı, ancaq erməni terrorçuları hələ də özlərini hiss etdirirlər, q uldur dəstələrin İran və Əfqanıstan ərazilərindən Qafqaza nüfuzetmə təhlükəsi var və Orta Asiya da təhlükə altındadır. Tacikistanın hansı təhlükəyə məruz qaldığını görürük – “Taliban” sözün əsl mənasında ölkənin sərhədlərində dayanır və təxribatlarla, həmçinin Tacikistan və Qırğızıstan sərhədlərində vəziyyəti gərginləşdirməklə məşğuldur”, - politoloq deyib.

Bu səbəbdən ekspertin fikrincə, təxribatçı qruplara, xarici radikal qüvvələrə dərs vermək lazımdır və bu zəruridir.

"Bu, sərt və açıq şəkildə edilməlidir. Hər kəs bilməlidir ki, bir ölkənin ərazisinə silahla və ya bölgədəki sülhü pozmaq missiyası ilə nüfuz etmək hansı nəticələrlə gətirə bilər. Buna görə də heç kim peşman olmayacaq. Erməni diversantlar ədalətli mühakimədən keçib, qanun və hüquq çərçivəsində öz cəzalarını alıblar. Eyni zamanda, Azərbaycan ciddi cinayət məsuliyyəti daşımayan və diversiya qrupunun rəhbərliyinə daxil olmayan təxribatçıların bir hissəsini minalanmış ərazilərin xəritələri ilə dəyişdirdi - bu da ölkənin xoşməramlı olduğunu göstərir. Bütün bunlar qanun çərçivəsində edilir və hər kəsin işinə dövlət məhkəməsi baxır. Buna görə də belə bir yanaşma qonşu ölkələrdə vəziyyəti pozmaq xəyalında olanların hamısı üçün həlledici olmalıdır. Qoy bu, Qafqazda sülhün və əmin-amanlığı, sabitliyin qarşısını almağa yönəlmiş cəhdlərində heç vaxt sakitləşməyən erməniləri qəzəbləndirsin" , - Əmircanov vurğulayıb.

Azvision.az



Teqlər: Ermənistan   Diversant  





Xəbər lenti