ABŞ vətəndaşlarına xəbərdarlıq: Ermənistana getməyin

    ABŞ vətəndaşlarına xəbərdarlıq:  Ermənistana getməyin
  27 İyul 2021    Oxunub:1611
ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Ermənistana səyahət etməməyə çağırıb.

Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayılıb.
Qeyd olunub ki, Ermənistanın bəzi bölgələrində koronavirus riski artıb. Ölkədə koronavirusa yoluxma təhlükəsi 3-cü səviyyəyə qalxıb. Birləşmiş Ştatlar öz vətəndaşlarını Ermənistan-Azərbaycan sərhəddinə yaxın ərazilərə getməməklə bağlı da xəbərdarlıq edib.

"Davamlı olaraq atəş açılması,artilleriya sistemindən, həmçinin mina və minaatanlardan istifadə edilməsi hər il insanların ölməsi və yaralanmasına səbəb olur. Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhədə yaxınlığındakı ərazilərə getməkdən çəkinin. ABŞ hökuməti gediş qadağan olunduğu üçün Dağlıq Qarabağdakı vətəndaşlarına təcili xidmət göstərə bilməz", - açıqlamada bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Ermənistan   Səfər  





Xəbər lenti