Əfqanıstan ordusu daha 187 "Taliban" yaraqlısını məhv edib

  27 İyul 2021    Oxunub :434
Əfqanıstan ordusu daha 187 "Taliban" yaraqlısını məhv edib
Əfqanıstan milli müdafiə və təhlükəsizlik qüvvələri son 24 saat ərzində “Taliban” radikal hərəkatının 187 silahlısını öldürüb, daha 112 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ötən sutka ölkənin silahlı qüvvələri Kunar, Loqar, Qəznə, Host, Qəndəhar, Uruzqan, Fəryab, Bəlx, Cauzcan, Samanqan, Gilmend, Tahar, Kunduz, Baqlan və Kapisa əyalətlərində əməliyyat keçirib.
Əməliyyat nəticəsində Bəlx əyalətində Əfqanıstan və Özbəkistanı birləşdirən strateji əhəmiyyətli körpünün yerləşdiyi Kaldar bölgəsi "Taliban"dan geri alıb. Kapisa əyalətindəki Dara Farrox Şah və Dara Kalan bölgələrinə “Taliban”ın hücumlarının qarşısı alınıb. Faryab əyalətində "Taliban" silahlılarının komandirlərindən biri Kari Hayatulla məhv edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Əfqanıstan   Taliban  







Xəbər lenti