Livan prezidenti yeni hökumət qurmağı tapşırıb

Livan prezidenti yeni hökumət qurmağı tapşırıb
  26 İyul 2021    Oxunub:1117
Livan parlamentinin deputatları prezident Mişel Aun ilə məsləhətləşmədən sonra yeni baş nazir vəzifəsinə Najib Mikatinin namizədliyini təsdiqləyiblər.
Azvision.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Qeyd olunub ki, 72 deputat Mikatiyə dəstək verib və beləliklə o, səslərin əksəriyyətini təmin edib. Livan prezidenti ona yeni hökuməti qurmağı tapşırıb.
"Hizbullah" növbəti dəfə İsrail mövqelərini bombalayıb

Təyinatından sonra jurnalistlərə açıqlama verən Mikati, xarici tərəflərdən Livana beynəlxalq yardım zəmanətləri aldıqdan sonra hökumətə rəhbərlik etməyə razılaşdığını söyləyib.

"Möcüzələr göstərmək üçün sehrli bir çubuğum yoxdur, amma ümid edirəm ki, güclərimizi birləşdirərək, bir-birimizi ittiham etməyi dayandıraraq Livanı xilas etmək kimi çətin missiyanın öhdəsindən gələcəyik", - o deyib.

Baş nazir, keçən il sentyabr ayında Fransa prezidenti Emmanuel Makron tərəfindən hazırlanan böhrandan çıxmaq üçün yol xəritəsinə uyğun hərəkət etmək niyyətində olduğunu açıq şəkildə bildirib. Plan, Beyruta 10 milyard dollardan çox kredit verəcək Beynəlxalq Valyuta Fondunun tələblərinə uyğun islahatları əks etdirir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Livan   Başnazir  





Xəbər lenti