Belarusda ekstremizmlə bağlı 4200-dən çox cinayət işi açılıb

  26 İyul 2021    Oxunub :643
Belarusda ekstremizmlə bağlı 4200-dən çox cinayət işi açılıb
Belarusiyada ekstremizm və terrorizmlə əlaqəli 4200-dən çox cinayət işi açılıb.
Azvision.az -ın verdiyi məlumata görə, bu barədə "Belta" məlumat yayıb. Qeyd edilir ki, statistikanı Belarusun baş prokuroru Andrey Şved ölkə prezidenti Alexander Lukaşenko ilə görüşdən sonra yayıb.

Şved bildirib ki, prokurorluq 1116 nəfər barəsində 803 cinayət işini məhkəmələrə göndərib və 955 nəfər barəsində 704 cinayət işinə baxıb. Qeyd edilir ki, baş prokuror Lukaşenkaoya “2020-ci ildə Belarusiyada dövlət çevrilişinə cəhd” mövzusunda istintaq aparıldığını söyləyib.

Onun sözlərinə görə, prokurorluğun bu işlərdə mübahisəsiz bir dəlil bazası var.

Tural Tağıyev
Azvision.az

Teqlər:







Xəbər lenti