Əfqanıstanda mülki itkilərin sayı rekord həddə çatıb - BMT

Əfqanıstanda mülki itkilərin sayı rekord həddə çatıb - BMT
  26 İyul 2021    Oxunub:936
Əfqanıstanda mülki insanlar arasında itkilər və zərərçəkənlərin sayı 2021-ci ilin birinci yarısında rekord həddə çatıb. Xarici qüvvələrin geri çəkilməsi fonunda zorakılıqla bağlı kəskin bir artım qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə, BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) hesabatında deyilir.

Hesabata görə, mülki itkilər və zərərçəkənlərin sayı 5183 (1659 ölüm və 3254 yaralı) olub, bu da 2020-ci ilin eyni dövrünə görə 47% çoxdur.

BMT, Əfqanıstanda gərginliyin artmasının 2021-in ildə mülki itkilər sayının daha çox olacağı ilə bağlı xəbərdarlıq edib.

Əfqanıstanda, kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə qarşı hücuma başlayan "Taliban" yaraqlıları ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. ABŞ və NATO-nun öz qüvvələrini geri çəkməsi fonunda gərginlik daha da artıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Əfqanıstan   İtki  





Xəbər lenti