Taliblər Əfqanıstanda 43 dinc sakini öldürüb

Taliblər Əfqanıstanda 43 dinc sakini öldürüb
  26 İyul 2021    Oxunub:877
“Taliban” radikal hərəkatının silahlıları Əfqanıstanın mərkəzindəki Qəzni əyalətinin Malistan bölgəsində ən azı 43 mülki şəxsi qətlə yetirib.
Azvision.az xəbər verir ki, bu barədə “TOLOnews” məlumat yayıb.

Qeyd olunub ki, öldürülən rayon sakinlərinin evləri də dağıdılıb.

Bundan əlavə, “Ariana News” Kabildə dövlət təhlükəsizlik qüvvələrinin beş üzvünün "Taliban" yaraqlılarının öldürdüyü barədə məlumat yayıb. Eyni zamanda onlara öldürməzdən əvvəl işgəncə verilib.

Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılması fonunda ölkədə gərginlik artıb. "Taliban" beş ölkə - İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəd boyu ərazilər daxil olmaqla, Əfqanıstanın 85%-nə nəzarət etdiyini bildirir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti