Afrikada rekord soyuqlar qeydə alınıb

Afrikada rekord soyuqlar qeydə alınıb
  24 İyul 2021    Oxunub:832
Ötən gün Cənubi Afrika Respublikasının (CAR) müxtəlif şəhərlərində rekord aşağı temperatur qeydə alınıb.
Azvision.az xarici KİV-lərə istinadla xəbər verir ki, CAR meteorologiya xidməti ölkənin bir sıra şəhərlərində 19 yeni rekordun müəyyən edildiyini bildirib.

Yohannesburq şəhərində havanın hərarəti mənfi 7 dərəcəyədək enib. Kimberli şəhərində isə termometrlər mənfi 9,9 dərəcəni göstərib. 2000-ci ildə burada havanın hərarəti mənfi 8,1 dərəcəyə enmişdi.

Ölkənin bəzi rayonlarına qar yağıb. Meteoroloqlar yaxın zamanlarda temperaturun normaya düşəcəyini proqnozlaşdırırlar.


Azvision.az


Teqlər: CAR  





Xəbər lenti