İran esminesi icazəsiz Estoniya ərazisinə daxil olub

İran esminesi icazəsiz Estoniya ərazisinə daxil olub
  24 İyul 2021    Oxunub:2005
İran gəmisi qanunsuz şəkildə Estoniyanın ərazi sularına daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilir ki, Sankt-Peterburqda təşkil olunan dəniz paradına qatılmaq üçün yola düşən İranın "Sahand" adlı esminesi heç bir xəbərdarlıq olmadan Estoniyaya məxsus su ərazisinə girib. Gəmi Estoniya səlahiyyətlilərinin müvafiq əmrindən sonra ərazidən uzaqlaşıb.

"Dünən axşam Sankt-Peterburqa gedən "Sahand" gəmisi Osmussaar adasının şimal-qərb tərəfindən Estoniya sularına girdi. Dəniz Təhlükəsizliyi Mərkəzi gəmiyə istiqamətini dəyişdirməyi və ərazi sularından çıxmağı əmr etdi. Bundan sonra "Sahand" geri qayıdıb", - Estoniya rəsmisi Andra Yundas ERR portalına bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: İran   Gəmi   Estoniya  





Xəbər lenti