Əfqanıstanda komendant saatı tətbiq edilib

   Əfqanıstanda komendant saatı tətbiq edilib
  24 İyul 2021    Oxunub:1233
Əfqanıstanda komendant saatı tətbiq olunub. Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Komendant saatı Əfqanıstanın 34 əyalətdən 31-də tətbiq edilib. Məqsəd “Taliban” radikal hərəkatının fəaliyyətini məhdudlaşdırmaqdır.

Komendant saatı yerli vaxtla axşam saat 22.00-dan səhər 04.00-dək davam edəcək və yalnız ölkənin üç əyalətinə - Kabil, Nanqarhar və Pəncşirə aid olmayacaq.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Əfqanıstan   Komendant-saatı  





Xəbər lenti