Putin Mirziyoyevlə Əfqanıstanı müzakirə edib

 Putin Mirziyoyevlə Əfqanıstanı müzakirə edib
  24 İyul 2021    Oxunub:1195
Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevlə telefon danışığı zamanı Əfqanıstandakı vəziyyəti müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin həmkarını ad günü münasibətilə təbrik edib, strateji tərəfdaşlıq və müttəfiqlik məsələləri, Əfqanıstandakı vəziyyətlə bağlı müzakirələr aparıb.

Məlumata görə, prezidentlər digər aktual regional məsələləri, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə qarşılıqlı əlaqələri də müzakirə ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Əfqanıstan  





Xəbər lenti