Bərdədə restoran sahibi 4000 manat cərimələndi

Bərdədə restoran sahibi 4000 manat cərimələndi
  24 İyul 2021    Oxunub:1471
Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar restoranın sahibinə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada protokol tərtib edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti