İrəvanda "diplomatiya savaşı": Paşinyan Qərblə Rusiya arasında qalıb

     İrəvanda "diplomatiya savaşı":   Paşinyan Qərblə Rusiya arasında qalıb
  24 İyul 2021    Oxunub:1139
Ermənistanda ən çox müzakirə olunan mövzulardan biri xarici siyasət kursundakı dəyişiklik, diplomatik böhranın genişlənməsidir. Ekspertlər xarici işlər naziri vəzifəsinin uzun müddətdir boş qalmasını ölkədə normal kadrın tapılmaması ilə deyil, məhz Rusiya və Qərb amili ilə əlaqələndirirlər.
Avropa yeni XİN rəhbərini Qərbə meylli biri kimi görmək istəyirsə, Moskva da İrəvanda baş diplomatın ona bağlı bir kadrın olmasına çalışır. Bir sözlə, Ermənistanda “diplomatiya savaşı” gedir.

Azvision.az xəbər verir ki, Ermənistan İcmalar Birliyinin sədri Emin Yeritsyan yerli mediaya verdiyi açıqlamada son prosesləri şərh edərək Fransanın bölgəyə xüsusi missiya ilə ordu gətirməsindən, Rusiyanın “soyuqluğundan” və anti-rus ab-havasından danışıb.

Yeritsyan erməni məhbusların ölkəyə qaytarılmaması fonunda vasitəçi Rusiyanın onları "əsirlikdən" azad etmək üçün xüsusi səylər göstərməməsini də xatırladıb.

"Erkən parlament seçkiləri Ermənistana şans verdi. Yəni kapitulyasiyadan sonra yaranmış təslimçilik şərtlərini asanlaşdırmağa, danışıqlarda iştirakçını dəyişdirməyə şans yaratdı. Bütün xarici oyunçular, seçkilərdə Ermənistan rəhbərinin-danışıqlarda əvvəlki fiqurun dəyişməməsinə və hökumətin öz öhdəliklərini yerinə yetirməyə davam etməsinə kömək etdi.

Parlament seçkilərindən sonrakı bu qısa müddətdə İrəvanın rəsmi və yarı rəsmi ritorikası qəribə bir görüntü verdi. Ermənistan üçtərəfli sülh razılaşmasına dair öhdəliklərini dəyişdirmək üçün Qərbdə platformalar və partnyorluq axtaran təəssüratını yaradıb. Və bu axtarışda arzuolunan istiqamət ictimaiyyətə təqdim olunur- onlar fransız ordusunun xilasetmə missiyasını ciddi qəbul edirlər. Bunu qapalı gözlə belə görmək olur ”.



Yeritsyan deyir ki, hakimiyyətə Rusiyadan xüsusi siqnallar gəlir və İrəvan “tərk edilmək” təhlükəsindən də qorxur. Digər bir tərəfdən isə Ermənistanda Moskvanın artıq yeni müqavilə layihələrini hazırladığını söyləyirlər:

“Bəziləri ictimai sferada şiddətli bir anti-Rusiya kampaniyası başlatdı. Bu üç ildə hakimiyyətin təcrübəsizliyi Ermənistanın bu gününə və gələcəyinə böyük ziyan vurdu. Hazırda seçkilərdən sonra heç nə dəyişməmiş kimi görünür. Ermənistan 44 günlük müharibə ilə eyni real nəticələr verəcək genişmiqyaslı "diplomatik müharibə" mərhələsindədir ".

Ölkənin aparıcı nəşri olan “Hraparak” isə hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qərbə doğru start götürdüyünü yazıb. Bu səbəbdən də o artıq Rusiya “kadr”larını təmizləməyə başlayıb.

"Nəinki “min illik” millətik, heç körpə zəkasına belə malik deyilik"- Vardanyan
" Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin xarici siyasət kursunu dəyişir . Onun bir sıra vəzifələrə son təyinatları da bunu göstərir",-nəşr yazıb.

“Hraparak” iddia edir ki, rusiyapərəst qüvvələr mühüm vəzifələrdən uzaqlaşdırılır. Buna misal olaraq son qalmaqallı kadr islahatı kimi müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanın işdən çıxarılması göstərilib. Nəşr belə bir fonda düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli olan, Qərb mərkəzlərindən idarə edilən şəxslərin vəzifələrə təyin edildiyini yazıb.

“Hakimiyyətin bu davranışını həm ruslar, həm də rusiyapərəst dairələr görür. Sünikdə (Zəngəzur – red.) missiyasını həyata keçirən rus sülhməramlıları erməni əhalisi ilə ünsiyyət zamanı narazılıqarını gizlətmirlər. Onlar bildirirlər ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginlik məsələsində Ermənistan hakimiyyəti günahkardır. Çünki rəsmi İrəvan Rusiya Federasiyasının öz öhdəliklərini yerinə yetirə bilmədiyi təəssüratını yaratmaq üçün istənilən hər şeyi edir. Bunda əsas məqsəd isə əraziyə Qərb qoşunlarını gətirməkdir, - Qəzet yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Paşinyan   Rusiya   Qərb   XİN   Diplomatiya  





Xəbər lenti